Aprelin 7-də Rusiyanın aparıcı müstəqil qəzeti “Novaya Gazeta”nın baş redaktoru Dmitri Muratova Moskva-Samara qatarında naməlum şəxs tərəfindən hücum edilib.
Bu barədə jurnalistin özü məlumat yayıb. Baş redaktor bildirib ki, onun üstünə, kupesinə boya və aseton atılıb.
2021-ci ildə Nobel sülh mükafatını qazanan Dmitri Muratov bildirib ki, Moskva vaxtı ilə saat 8-də Moskva-Samara qatarında hücuma məruz qalıb və hücum edən şəxs deyib ki, “Muratov, bu sənə bizim uşaqlar üçündür”.
“Novaya gazeta” ötən ay Rusiya hakimiyyətindən xəbərdarlıq aldığını deyərək işini dayandırıb.
Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayandan sonra mediaya bir sıra senzuralar tətbiq edir. Rusiyanın xüsusən Ukraynadakı hərəkətlərinin müharibə adlandırılmasının əleyhinədir. Bununla bərabər, ölkədə və ya xaricdə fəaliyyət göstərən rusdilli müstəqil saytları ölkə ərazisində bloklayır.