Müharibə iştirakçıları növbəti dəfə etiraz aksiyası keçiriblər

Müharibə iştirakçıları növbəti dəfə etiraz aksiyası keçiriblər
4 Aprel 2022
Mətni dəyiş
Aprelin 4-də İkinci Qarabağ Müharibəsinin bir qrup iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar əlillik dərəcələrinin və pensiyaların verilməsindəki problemlərdən narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları şikayət ediblər ki, əlilliyin tanınması prosesi yarım il uzadılır, bəzi yaralılar müvafiq müalicə ala bilmirlər. Məhəmməd Əliyev adlı etirazçı bildirib ki, tələbədir və cəmi 88 manat alır. Onun sözlərinə görə, hər iki ayağından ağır yara alıb, ancaq ona yalnız 3-cü qrup əlillik verilib. Nazirliyin əməkdaşı aksiya iştirakçıları ilə görüşərək onları dinləyib köməklik göstərəcəyini vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun