"Müdafiə Xətti" insan hüquqları təşkilatı mart ayı üçün hesabatını yayımlayıb

"Müdafiə Xətti" insan hüquqları təşkilatı mart ayı üçün hesabatını yayımlayıb
19 Aprel 2022
Mətni dəyiş

“Müdafiə Xətti" hüquq-müdafiə təşkilatı mart ayı ərzində ölkənin hüquqi vəziyyətinə dair hesabatını açıqlayıb.

Aprelin 18-də keçirilən təqdimatında qurumun icraçı direktoru Rüfət Səfərov bildirib ki, bu dövrdə Tovuzda azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı iş ayırıb.

Əsasən o, təqsirləndirilən İlkin Süleymanovun işi üzrə istər istintaq, istərsə də məhkəmə prosesi zamanı nöqsanları və pozuntuları qeyd edib. O işarə edib ki, istintaq əsl qatili müəyyən etməyib və araşdırmanı formal aparıb.

Səfərov müxalifətyönlü “Demokratiya” 18 hərəkatına polis təzyiqinə və onun ofisinin bağlanması məsələsinə də toxunub.

Hüquqların pozulması ilə bağlı daha bir fakt Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyevin həbsi olub.

Səfərov siyasi mühacirlərin Almaniyadan deportasiyası faktlarını diqqətə çatdırıb, onlar narkotik maddənin yayılması ittihamı ilə həbs olunurlar. Əsasən o, Samir Aşurovun və deportasiya edildikdən sonra Azərbaycanda mühakimə edilmiş əvvəlki dörd siyasi mühacirin işlərini xatırladıb.

Səfərov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin işini ayırıb. "Azərbaycanda ilk dəfədir ki, siyasi partiyanın lideri öz fikrinə görə mühakimə edilib", - Rüfət Səfərov vurğulayıb.

“Müdafiə xətti”nin hesabatı təşkilatın Facebook hesabında müntəzəm olaraq dərc edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun