MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edir

MN: Laçında itkin düşən hərbçilərin axtarışı davam edir
26 Aprel 2022
Mətni dəyiş
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Laçında itkin düşən hərbi qulluqçuların axtarışı ilə bağlı məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlunun axtarışı davam edir. “Yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, hərbi qulluqçularımızın tapılması məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə axtarış-xilasetmə tədbirləri həyata keçirilir”, - qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun