Milyonlarla vəsait hesabına alınan parkomatlar niyə yığışdırıldı?

Milyonlarla vəsait hesabına alınan parkomatlar niyə yığışdırıldı?
29 Aprel 2022
Mətni dəyiş

2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə müvəqqəti duracaq yerləri layihəsini həyata keçirməyə başladı. Layihəyə uyğun olaraq paytaxtda maşınların sıx park edildiyi ərazilərdə xüsusi parkomantlar quraşdırıldı.

Bildirilirdi ki, qurlaşdırılan parkomatlar Fransada xüsusilə Azərbaycan üçün istehsal edilib.

Ancaq bunun
üzərindən bir müddət keçdikdən sonra, ümumiyyətlə parkomatların əksəriyyətinin işləmədiyinə şahid olduq. Texniki problem yaşayan parkomatların düzəldilməsi istiqamətində addımlar atılmırdı.

Milyonlarla vəsait hesabına alınan, Bakının parklanma siyasətinə hansı müsbət töhvə verməsi mübahisələndirilən parkomatlar 2019-cu ildən etibarən Bakı küçələrindən yığışdırıldı.

Ancaq dövlət proqramı şəkilində həyata keçirilən layidə qarşıya qoyulan hədəflər nəticədən tamamilə fərqli olmalı idi.

AbzasMedia mövzu ilə əlaqədar dövlət qurumlarına müraciət edib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, bu layihəni Bakı Şəhər İcra Hakimiyyəti Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirib və Bakı Nəqliyyat Agentliyi yaranandan sonra, bu qurumlar layihəni BNA-ya verməyib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti sorğuya birbaşa cavab verməsə də, nazirlikdən Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin Aparatına (Ombudsman) bildirilib ki, layihə üzrə əsas işləri Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirib. Bakı Şəhər İcra Hakimiyyəti isə bildirib ki, bu iş üzrə əsas fəaliyyəti əvvəlcə ləğv olunmuş Nəqliyyat Nazirliyi həyata keçirib, ona görə də, detallı məlumata malik deyillər.

Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, Bakı şəhərində parklanma isyasətilə bağlı çox ciddi səhvlərə yol verilib.

Nəqliyyat eksperti Elməddin Muradlı

Onun sözlərinə görə, bu səhvlər təkcə Bakı Nəqliyyat Agentliyinin, Dövlət Yol Polisi İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin səhvləri deyildi.

“Ciddi nəzarət olmadı, bələdiyyələr, icra hakimiyyətləri, tikinti şirkətləri harda gəldi bina tikdi. Parklanma yerləri ona görə məhduddur ki, vaxtında bu tikinti məsələləri nəzərə alınmadı. Müxtəlif ideyalar olub. Məsələn, bu parkomatların qurlaşdırılması. Amma parklanma yerlərinin sayı məhdud olduğu üçün vəziyyət dəyişmədi. Burada da yeyinti oldu. Aldılar çürük avadanlıqları və tez bir zamanda da sıradan çıxdı. Amma
ümumilikdə sistem tamamilə yenilənməlidir”, - deyə Elməddin Muradlı bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun