Ukraynalı siyasətçi Viktor Medvedçuk Vladimir Putin və Volodimir Zelenskiyə videomüraciət edərək onu dəyişdirmək istəyib. Müraciəti Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.
"Ukrayna tərəfindən məni Mariupolun müdafiəçiləri və bu gün orada olan və humanitar dəhlizlərdən təhlükəsiz çıxış imkanı olmayan sakinlərlə dəyişməsini xahiş edirəm".
Bu videonun nə vaxt və hansı şəraitdə çəkildiyini UTX dəqiqləşdirməyib.
https://www.youtube.com/watch?v=CDCF9Y-6BSgViktor Medvedçuk Putinin yaxın dostu hesab edilir, onun özü Rusiya prezidentinin qızının xaç atası olduğunu bildirib.
Kreml bəyan edib ki, Medvedçuk Rusiya Federasiyasının vətəndaşı olmadığı və “xüsusi hərbi əməliyyat”la əlaqəsi olmadığı üçün onun dəyişdirilməsi imkanını nəzərdən keçirməyiblər.
Medvedçuk Ukrayna hakimiyyəti tərəfindən dövlətə xəyanətdə ittiham olunur. Müharibə başlayandan sonra ev dustaqlığından qaçıb, aprelin 12-də onun saxlandığı məlum olub. Tezliklə Medvedçuk nəzarətə alınıb.
Medvedçukun həyat yoldaşı Oksana Marçenko daha əvvəl Zelenskiyə, Putinə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ərinin azad edilməsi xahişi ilə müraciət edib. O, Medvedçukun siyasi səbəblərə görə təqib olunduğunu deyib.