Maska qadağasının ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib

Maska qadağasının ləğvi ilə bağlı təkliflər Operativ Qərargaha göndərilib
21 Aprel 2022
Mətni dəyiş
“Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib”. Bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, nəticələr yaxın müddətdə ictimaiyyətə açıqlanacaq. Vüqar Qurbanov quru sərhədlərinin açılması ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, karantin qaydalarının dəyişdirilməsi ilə bağlı son qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. “TƏBİB sərhədlərin açılması məsələsinə müdaxilə etmir. Respublikamızda karantinlə bağlı ciddi bir sıxıntı yoxdur. Xəstəliklə bağlı vəziyyət, eyni zamanda pandemiyaya nəzarət yüksək səviyyədədir”, - o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun