14 Aprel 2022
Mətni dəyiş
˝Tesla˝ və ˝SpaceX˝-in qurucusu İlon Mask ˝Twitter˝ rəhbərliyinə şirkətin ona 43 milyard dollara və ya hər bir səhm üçün 54,20 dollara satılması barədə təklif təqdim edib.
Direktorlar şurasına yazdığı məktubda Mask bildirib ki, onun fikrincə, şirkət indiki formada nə inkişaf edə bilər, nə də azad söz məqsədlərinə xidmət edə bilər və buna görə də ictimaidən özələ keçməlidir.
Onun təklifi rədd edilərsə, Mask daha şirkətin səhmdarlarından biri olmayacaq.
Maskın məktubuna əsasən, onun hər bir səhm üçün təklif etdiyi qiymət şirkətin səhmdarları sırasına qatılması barədə elan ərəfəsindəki səhm qiymətindən 38% yüksəkdir. Bununla belə, ˝Bloomberg˝-ə müsahibə verən ekspert qiyməti çox aşağı adlandırıb.
Açıqlamadan sonra şirkətin səhmləri ilkin sövdələşmədə 18% bahalaşsa da, daha sonra ucuzlaşıb.
Aprelin əvvəlində Maskın ˝Twitter˝-də 9 faiz paya sahib olması barədə məlumat yayılıb. O, şirkətin ən böyük səhmdarıdır. Şirkət rəhbərliyi Maskı direktorlar şurasına dəvət etsə də, o, bundan imtina edib.