Maliyyə nazirinin birinci müavini vəfat edib

Maliyyə nazirinin birinci müavini vəfat edib
15 Aprel 2022
Mətni dəyiş

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fəti oğlu Fətizadə vəfat edib.

Bu barədə nazirlikdən bildirilib. Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

İlqar Fəti oğlu Fətizadə bu vəzifəyə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən 1999-cu il 23 sentyabrda təyin edilmişdi.

İlqar Fətizadə 1956-cı il sentyabrın 30-da anadan olub. D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə təhsil alıb. 1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1980-1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləyib.

1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir.

Ailəlidir. Bir övladı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun