Macarıstan Moskvanın qaz tədarükünün rublla ödənilməsi tələbini qəbul edəcəyini bildirərək, Avropa İttifaqı ilə münasibəti pozub.
Avropa İttifaqının Rusiya nefti və qazına sanksiyalara, eləcə də Qərbin silahlarının Macarıstan ərazisindən Ukraynaya daşınmasına qarşı olan Baş nazir Viktor Orban aprelin 6-da jurnalistlərə deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə lazım gələrsə Macarıstanın qaz nəqli üçün Rusiyaya ödənişi publla edəcəyi barədə razılığa gəlib.
Rusiyanın Ukraynaya əsassız müdaxiləsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, Putin Avropaya qaz tədarükünün rublla ödəməli olduğunu, əks halda tədarükün kəsilməsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Avropa İttifaqı Rusiyanın tələbinə tabe olmayacağını bildirib. Belə ki, ödəniş avro ilə razılaşdırıldığı üçün bu, müqavilənin pozulması deməkdir.
Aprelin 6-da Macarıstanın xarici işlər naziri Piter Siyarto qaz müqavilələrinin onun ölkəsi ilə Rusiya arasında olduğunu və Avropa İttifaqının bu sazişlə "heç bir əlaqəsi olmadığını" deyib.