Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna və Rusiya arasında Belarusun dəstəkləmədiyi bir sülh müqaviləsi imzalana bilməz.
Lukaşenko bildirib ki, davam edən danışıqlar prosesində ölkəsi də iştirak etmək istəyir və bununla bağlı yaxın günlərdə həmkarı, Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışacaq. Lukaşenko qeyd edib ki, Rusiya və Belarusu bu münaqişəyə Qərb ölkələri məcbur edib, ona görə danışıqlarda ölkəsinin də səsi eşidilməlidir. Bundan başqa, Belarus xarici işlər naziri Vladimir Makei biraz da irəli gedərək bildirib ki, Rusiya-Ukrayna arasında baş tutan danışıqların final mərhələsində Belarus prezidenti Aleksandr Lukaşenko da iştirak etməlidir. Rusiyanın Ukraynaya hücumundan sonra Beynəlxalq birlik hesab edib ki, Belarus da Rusiya ilə birlikdə müharibədə iştirak edib və bu ölkəni də sanksiyalara məruz qoyub.