2 Aprel 2022
Mətni dəyiş
Litva hakimiyyəti Avropa sanksiyalarına məruz qalan ˝Birinci Kanal˝ın aparıcısı Artyom Şeyninin aktivlərini dondurub. Delfi bildirir ki, Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti (SRFP) məlumat yayıb.
SRFP Şeynin və onun həyat yoldaşına məxsus Palanqa kurort şəhərindəki mənzilə məhdudiyyətlər qoyub. Agentlik iddia edir ki, onun sahəsi 100 kvadratmetrdən çoxdur və dəyəri, 2014-cü ildəki kütləvi qiymətləndirməyə görə, demək olar ki, 60 min avrodur. SRFP hesab edir ki, indi Şeyninin mənzili daha bahadır.
Qurum sonrakı tədbirlər üçün Litva Qeydiyyat Mərkəzinə müraciət edib və Şeyninin aşkarlanan əmlakı "dondurulub", Delfi yazır.
Artyom Şeynin ˝Birinci Kanal˝da ˝Zaman göstərəcək˝ tok-şousunun aparıcılarından biridir. 2008-ci ildə Rusiya prezidenti Vladimir Putin ona “Rusiyada vətəndaş cəmiyyətinin inkişafı üçün informasiya dəstəyi və fəal sosial işinə” görə minnətdarlığını bildirib.
Martın 15-də Aİ Ukraynaya müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı məhdudiyyətlərin bir hissəsi olaraq Şeynin digər Rusiya dövlət media işçiləri ilə birlikdə sanksiya siyahısına daxil edilib.