Rusiya hərbçilərinin işğalından azad edilmiş Kiyev vilayətinin rayonlarından 410 nəfər həlak olmuş dinc sakinin cəsədi çıxarılıb.
“Hromadske” xəbər verir ki, bunu Ukraynanın baş prokuroru İrina Venediktova deyib.
Baş prokurorun sözlərinə görə, aprelin 1-i və 3-də məhkəmə-tibb ekspertləri 140 nəfərin meyitinə baxış keçiriblər.
Martın sonunda rus hərbçiləri Kiyev vilayətinin müharibənin əvvəlində işğal olunmuş ərazilərini tərk edib.
Bu ərazilərə gələn bu ərazilərdə jurnalistlər yaşayış məntəqələrinin küçələrində, ilk növbədə, Buçada onlarla mülki vətəndaşın cəsədi barədə məlumat veriblər. Onlardan bəzilərinin əlləri bağlı olub.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi ölənlərin foto və videolarının səhnələşdirildiyini deyib.