15 Aprel 2022
Mətni dəyiş
Şimali Koreya lideri Kim Çen In ölkəsinin məşhur xəbər aparıcısı Ri Chun Hiyə ev hədiyyə edib. Bu barədə məlumatı Şimali Koreyanın rəsmi xəbər agentliyi yayıb.
Məlumatda qeyd olunub ki, Kim Çen In aparıcının fəaliyyətini çox bəyənib və onun Şimali Koreya Əmək Partiyasının səsi olmağa davam etməsini istəyib.
Məlumatda bildirilib ki, adətən çəhrayi rəngdə olan geyimlər geyindiyi üçün ölkədə "Çəhrayi qadın" kimi tanınan aparıcı qərara görə çox sevinib. Onun ailəsi ilə birlikdə yeni evdə gecə boyunca xoşbəxtlikdən göz yaşları içində olduğu və yatmadığı qeyd olunub.
Şimali Koreya hazırda dünyadan təcrid olunmuş vəziyyətdə olan ölkələrdən biridir. Ölkədə təməl insan haqqları və universal dəyərlərə hörmətlə yanaşılmadığı, hakimiyyətdə bir sülalənin olduğu üçün bu ölkəyə ağır sanksiyalar tətbiq olunub.
Hazırda ölkə heç bir beynəlxalq təşkilatın üzvü deyil.