Jurnalistlərin media reyestrinə salınmasının ilkin layihəsi hazırlanıb

Jurnalistlərin media reyestrinə salınmasının ilkin layihəsi hazırlanıb
18 Aprel 2022
Mətni dəyiş

Media reyesterinin aparılması qaydalarının və jurnalist vəsiqəsinin ilkin layihəsi hazırlanıb.

Bu barədə Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyeva məlumat verib.

Şəfiyevanın sözlərinə görə, hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır.

"Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasının əsas istiqamətlərindən biri də jurnalistlərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dəstəyin göstərilməsidir. Bununla bağlı da təkliflər hazırlanıb. Media reyesterinin aparılması qaydaları və media reyesterinin şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb. Bununla bərabər, jurnalist vəsiqəsinin formasının ilkin layihəsi də artıq hazırlanıb və hazırda təkliflərlə bağlı aidiyyəti strukturlar tərəfindən araşdırma aparılmaqdadır", deyə Səidə Şəfiyeva bildirib.

Mətbuat katibi bildirib ki, düşünürlər ki, prezidentin müvafiq fərmanında qeyd edilmiş müddətdə media reyestrinin formalaşdırılmasına nail olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun