İsveçrə hökuməti əyləncə məqsədilə istifadə üçün qanuni marixuana satışını sınaqdan keçirəcək. Aprelin 20-də təsdiqlənən pilot layihə çərçivəsində, Bazel şəhərində apteklər əyləncə üçün müraciət edən bir neçə yüz şəxsə marixuana satacaq. Ölkənin Federal Səhiyyə İdarəsinin açıqlamasında qeyd olunub ki, pilot layihənin məqsədi odur ki, satışı və satışın müxtəlif formalarını sınaqdan keçirək. Hazırda İsveçrədə marixuana satışı qadağandır, ancaq ölkə rəsmiləri etiraf edirlər ki, ölkədə marixuanadan istifadə geniş şəkildə yayılıb. Soğu nəticələrinə görə, ölkə əhalisinin böyük hissəsi hökumətin marixuana siyasətini yenidən formalaşdırmasını istəyir. Yayda başlayacaq pilot layihədə satışın nəzərdə tutulduğu yerlərə yerli tibb müəssisələri, Bazel Universiteti və şəhərin Psixiatriya Klinikaları daxildir.