İran səfirliyi: "Yayılan videonun SEPAH ilə heç bir əlaqəsi yoxdur"

İran səfirliyi: "Yayılan videonun SEPAH ilə heç bir əlaqəsi yoxdur"
12 Aprel 2022
Mətni dəyiş

İran səfirliyi “Sepah_Pasdaran” Teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Səfirlik bununla bağlı araşdırma aparıldığını qeyd edib.

Açıqlamada  deyilir ki, Teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

“Sepah_Pasdaran” teleqram kanalında, mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.

Bundan əvvəl İran-Azərbaycan arasında diplomatik gərginlik yaşanmışdı. İranın bir sıra dini nümayəndəsi Azərbaycanı təhdid etmişdi. Azərbaycan tərəfi isə buna cavab vermişdi. Daha sonra müxtəlif görüşlərdən sonra tərəflər arasında yumşalmalar oldu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun