Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask "Twitter" sosial şəbəkəsini alıb. O, bunun üçün 44 milyard ABŞ dolları ödəyib.
"Twitter" bundan əvvəl Maskın təklifini geri çevirib, ancaq danışıqların yekunu olaraq plaformanın satılması qərara alınıb."Twitter" sosial şəbəkəsi də məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, hər bir səhm üçün 54,2 dollara, təqribən 44 milyard dollar dəyərində sövdələşməyə imza atan Mask platformaya tam sahiblənib.
Aprelin 4-də Mask "Twitter" sosial şəbəkəsinin 9,2 faiz səhmlərini satın alıb. O, şirkətin 2,9 milyard dollar dəyərində 73,5 milyona yaxın səhmlərini əldə edib. Bu xəbərdən sonra birjalarda "Twitter" in səhmləri 25 faiz bahalaşıb.
İlon Mask şirkətin gələcək fəaliyyəti ilə bağlı maraq doğuran sorğular keçirib, təkliflər irəli sürüb.
O, sonuncu dəfə şirkətin San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacağa çevirməklə bağlı sosial şəbəkədə sorğu keçirib.
Səs verən 1,8 milyon istifadəçinin 91 faizdən çoxu Maskın ideyasını dəstəkləyib, 8,6faizi isə əleyhinə çıxıb.