İcbari Sığorta Bürosu kiberhücuma məruz qalıb, 40 milyondan çox məlumat oğurlanıb

İcbari Sığorta Bürosu kiberhücuma məruz qalıb, 40 milyondan çox məlumat oğurlanıb
22 Aprel 2022
Mətni dəyiş
Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resursları kiberhücuma məruz qalıb. Hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan “AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilir. Bu barədə FED.az xəbər verir. Hakerin “DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur. Hakerin dərc etdiyi ekran şəkillərində oğurlanmış məlumatlar arasında Azərbaycanın Daxili İşlər Nazirliyinin, İAMAS, Miqrasiya Xidməti və digər xidmətlərə məxsus məlumat bazalarının da olduğu nəzərə çarpır. Bu hücumun son illərdə Azərbaycanın dövlət qurumlarına qarşı yönəlmiş geniş miqyaslı hücumlardan biri olduğu qeyd olunur. İcbari Sığorta Bürosundan məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun