Gürcüstan da Rusiya əleyhinə tətbiq olunan bütün maliyyə sanksiyalarına qoşulur. Bu barədə ölkə prezidenti məlumat verib.
Salome Zurabişvili bildirib ki, Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub. “Biz bütün beynəlxalq maliyyə sanksiyalarında (Rusiya Federasiyasına qarşı - Red) iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə Zurabişvili bildirib. Bundan əvvəl Gürcüstan Ukrayna-Rusiya məsələsilə bağlı ehtiyatlı mövqe sərgiləyib. Bu səbəbdən Ukrayna Gürcüstandakı səfirini geri çağırıb. Prezident Zurabişvili isə Zelenskiyə müraciət edərək xahiş etmişdi ki, səfir Gürcüstana qayıtsın.