Güləş üzrə üçqat dünya çempionuna vaxtından əvvəl kapitan rütbəsi verilib

Güləş üzrə üçqat dünya çempionuna vaxtından əvvəl kapitan rütbəsi verilib
16 Aprel 2022
Mətni dəyiş

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır. General-polkovnik Elçin Quliyev bur qrup idmançını təltif edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun