Fransada prezident seçkiləri prosesi davam edir. Aprelin 10-da keçirilən seçkilərdən sonra, namizədlər ikinci tura hazırlaşırlar.
Seçkilərin ilkin nəticəsinə görə, hazırkı prezident Emmanuel Makron liderdir. Belə ki, o, səslərin 90 faizinin hesablanmasından sonra prezident seçkilərinin birinci turunda 27,40 faiz səslə liderdir.Ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Pen isə 25,05 faiz səs toplayıb.
Eyni zamanda, ölkənin paytaxt bölgəsində bülletenlərin 45 faizini emal etdikdən sonra Makron 30,41 faiz səslə öndədir.
Seçkilərin ikinci turu 24 fevralda keçiriləcək. Məlumat üçün bildirək ki, iki onillik ərzində Fransanın heç bir prezidenti ikinci müddətə seçilməyib.