28 Aprel 2022
Mətni dəyiş
Fransa hakimiyyəti Ukraynadakı müharibəyə görə Qərbin sanksiyalarına məruz qalan rusiyalı iş adamlarının üç villasını həbs edib, Nice-Matin xəbər verir.
Villalardan ikisi Kot d'Azurda yerləşir: San-Trope yaxınlığındakı birinci villa 2005-ci ildən ˝Rusal˝ın rəhbəri Oleq Deripaskaya məxsusdur; Sen-Jan-Cap-Ferra kommunasının yaxınlığında yerləşən və Versal Sarayının kiçildilmiş formasına bənzəyən ikinci villa ˝Rusiya Platinumu˝nun direktorlar şurasının sədri Musa Bajayevə aiddir.
Biarritz yaxınlığındakı müsadirə edilmiş üçüncü əmlakın sahibi “Sibur”un səhmdarı və Vladimir Putinin qızı Katerina Tixonovanın keçmiş əri Kirill Şamalovdur.
Fransa hakimiyyət orqanlarının məlumatına görə, müharibə başlayandan sonra ölkədə Rusiya Bankının xarici aktivlərindən 22,8 milyard avro bloklanıb və sanksiyalar altına düşmüş rusiyalılara məxsus üçə yaxın daşınmaz əmlak obyekti, dörd yaxta, altı helikopter və üç sənət əsəri müsadirə edilib.