Fransada Məhəmməd Mirzəliyə hücum edən dörd azərbaycanlı həbs edilib

Fransada Məhəmməd Mirzəliyə hücum edən dörd azərbaycanlı həbs edilib
29 Aprel 2022
Mətni dəyiş

Aprelin 26-da Fransa məhkəməsi 2021-ci ilin martında Nant şəhərində siyasi mühacir, bloger Məhəmməd Mirzəliyə hücuma görə dörd azərbaycanlıya ittiham irəli sürüb.

Həbs edilənlərdən üçü əslən Azərbaycandan, biri isə qonşu Gürcüstandandır. Onlar mütəşəkkil dəstənin tərkibində adam öldürməyə cəhddə ittiham edilərək həbs olunublar.

Mirzəliyə hücum edənlər ona çoxsaylı bıçaq xəsarəti yetiriblər və möhkəm döyüblər. Həbs olunanların adları açıqlanmır.

“Sərhədsiz reportyorlar” istintaqı hücumun təşkilatçısını müəyyən etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun