Finlandiya parlamenti NATO-ya üzv olmağa səs verib.
Müvafiq qərarı Finlandiya parlamentinin 121 deputatı dəstəkləyib. Cəmi 12 deputat NATO-ya üzvlüyün əleyhinə səs verib. Bundan əvvəl İsveç və Finlandiya NATO-ya üzv olmaq istəklərini ifadə ediblər. Rusiya isə belə bir addımın yaxşı nəticələr verməyəcəyi ilə bağlı hər iki ölkıyı xəbərdarlıq edib. Hər iki ölkə Avropa İttifaqının üzvü olsalar da, NATO-ya üzv olmamışdılar. Rusiyanın fevralın 24-də Ukraynaya hücumunun səbəblərindən biri kimi də Ukraynanın NATO-ya üzv olmaq niyyətinin olması göstərilirdir. Rusiya NATO-nun Şərqə doğru genişlənməsini özünün təhlükəsizlik problemi kimi görür.