25 Aprel 2022
Mətni dəyiş
˝Twitter˝-in iş adamı Elon Maska satılması ilə bağlı danışıqlar son mərhələyə çatıb. Bu barədə mənbəyə istinadən ˝Bloomberg˝ məlumat yayıb.
Hazırda şirkət müqavilənin şərtləri üzərində işləyir. Mənbənin sözlərinə görə, danışıqların rahat keçəcəyi təqdirdə saziş bu gün, aprelin 25-i imzalana bilər.
Həmçinin bildirilir ki, sahibkar sosial şəbəkənin alınması üçün tərəfdaşlar seçir və potensial sərmayədarlarla danışıqları davam etdirir.
Bundan əvvəl “Wall Street Journal” yazıb ki, “Twitter” Maskın sosial şəbəkəni almaq təklifinə yenidən baxır. Mümkün satış üçün danışıqlar bazar günü, aprelin 24-də başlayıb.
Milyarder ilk dəfə Twitter üçün 43 milyard dollar ödəməyə hazır olduğunu bildirəndə ˝Twitter˝ bu təklifi rədd edib. WSJ mənbələrinə görə, Maskın təklifin "ən yaxşı və sonuncu" olduğunu bildirməsi danışıqlarda maneəyə çevrilib.