Elman Rüstəmov AMB-nin sədrliyindən azad edilib

Elman Rüstəmov AMB-nin sədrliyindən azad edilib
12 Aprel 2022
Mətni dəyiş
Milli Məclisin plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması məsələsinə baxılıb. “Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında” qərar layihəsi iclasda müzakirəyə çıxarılıb. Müzakirə nəticəsində Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilib. Eyni zamanda, Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Elman Rüstəmov AMB-ninn İdarə hetyətinin üzvlüyündən azad olunmaqla həm də AMB-nin sədrliyindən də azad olunacaq. Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Taleh Kazımovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi barədə təqdimat Azərbaycan Prezidenti tərəfindən göndərilib. O, buna qədər "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru olub.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun