Elman Rüstəmov Əli Əsədovun müşaviri təyin edilib

Elman Rüstəmov Əli Əsədovun müşaviri təyin edilib
13 Aprel 2022
Mətni dəyiş

Azərbaycan Mərkəzi Bankının (AMB) sabiq sədri Elman Rüstəmova yeni vəzifə verilib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, o, Baş nazir Əli Əsədovun müşaviri təyin edilib.

Ötən gün Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. Məclis prezidentin təqdimatına baxaraq belə qərar verib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun