Dünya azərbaycanlıları beşinci qurultayı Şuşada olacaq

Dünya azərbaycanlıları beşinci qurultayı Şuşada olacaq
16 Aprel 2022
Mətni dəyiş

Aprelin 22-23-ü Şuşa şəhərində dünya azərbaycanlılarının beşinci qurultayı keçiriləcək. Qurultaya prezident İlham Əliyevin də qatılması gözlənir.

Dünya azərbaycanlılarının birinci qurultayı 2001-ci il noyabrın 9-10-da, ikinci qurultayı 2006-cı il martın 16-da, üçüncü qurultayı 2011-ci il iyulun 5-6-da, dördüncü qurultayı 2016-cı il iyunun 3-də keçirilib. Həmin qurultaylara paytaxt Bakı ev sahibliyi edib.

Əsası 1750-ci ildə qoyulan Şuşa Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Yuxarı Qarabağda rayon mərkəzi olub. 1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib. 2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib. 2021-ci il mayın 7-də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun