DİN: “Motosikletçini döyən “Lexus” sahibi həbs olunmayıb”

DİN: “Motosikletçini döyən “Lexus” sahibi həbs olunmayıb”
26 Aprel 2022
Mətni dəyiş
“Bakıda yol vermədiyi üçün motosiklet sürücüsünə güc tətbiq edən Sultan Dadaşovun saxlanılması barədə heç bir məlumat yoxdur”. Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. O qeyd edib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır. Aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun