14 Aprel 2022
Mətni dəyiş
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara BMT tərəfindən təsdiqlənərsə, Rusiya əleyhinə sanksiyalara qoşulmağa məcbur olacaq. O, bu barədə NTV telekanalına müsahibəsində bildirib.
Çavuşoğlu Türkiyənin beynəlxalq hüquqa riayət etdiyini və qeyd olunan məsələ ilə bağlı balanslaşdırılmış siyasət aparacağını vurğulayıb.
Diplomat BMT-nin islahatlara ehtiyacı olduğu fikrini də dilə gətirib. Bu barədə daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da danışıb.
Türkiyə hakimiyyəti hesab edir ki, Ukraynadakı hərbi münaqişənin və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticələri uzun müddət hiss olunacaq və bərpa prosesi kifayət qədər vaxt aparacaq.
Çavuşoğlu həmçinin bildirib ki, Ankara Ukrayna ətrafındakı vəziyyətə görə yeni “soyuq müharibə”nin əlamətlərini görür, lakin prinsipial xarici siyasət yürütməyə davam edəcək.
Eyni zamanda, Çavuşoğlu bildirib ki, hazırda ayrı-ayrı ölkələrin BMT-nin anti-Rusiya sanksiyalarına daxil edilməsi qeyri-real görünür.