Böyük Britaniyada Mühafizəkarlar Partiyasından olan deputat David Amessi qətlə yetirməkdə ittiham olunan 25 yaşlı Əli Harbi Əli ömürlük azadlıqdan məhrum edilib.
Bu barədə qərarı London Məhkəməsi çıxarıb. Somalidən olan 25 yaşlı Əli Harbi Əli məhkəmədəki çıxışında bildirib ki, qətli İŞİD-in Suriyadakı itkilərinin qisasını almaq üçün törədib.
Hakim qətlə yetirilən şəxsin millət vəkili olduğunu nəzərə alaraq, itkini ölkənin milli itkisi kimi hesab edib. Bildirib ki, bu həm də demokratiyaya vurulan zərbədir. Əli Harbi Əlinin peşman olmadığını da nəzərə alan məhkəmə onun ömürlük azadlıqdan məhrum edilməsilə bağlı qərar çıxarıb.
Britaniyanın Mühafizəkarlar Partiyasından olan millət vəkili David Amess 20201-ci il oktyabrın 15-də Esseks bölgəsində seçiciləri ilə keçirdiyi görüş zamanı bıçaqlanıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib.