7 Aprel 2022
Mətni dəyiş
Böyük Britaniya bir qrup rusiyalıya, Moskva Kredit Bankına və ˝Sberbank˝-a qarşı sanksiyalar tətbiq edir.
˝Alrosa˝-nın rəhbəri Sergey İvanov, ˝Qazprombank˝-ın idarə heyətinin sədri Andrey Akimov, ˝Qazprom Neft˝-in rəhbəri Aleksandr Dyukov, ˝KamAZ˝-ın baş direktoru Sergey Koqoqin, ˝FosAqro˝-nun təsisçisi Andrey Quryev, ˝Akron˝-un əsas benefisiarı Vyaçeslav Kantor, ˝NOVATEK˝ və "Sibur"-un həmtəsisçisi Leonid Mixelson, eləcə də Moskvanın "Lokomotiv" futbol klubunun müdafiəçisi, SMP Bankın həmtəsisçisi və direktorlar şurasının üzvü Boris Rotenberqin oğlu Boris Rotenberq sanksiyalar siyahısına daxil ediliblər.
Bundan əlavə, Rusiya iqtisadiyyatına yeni investisiyalar, ölkəyə neft emalı avadanlıqlarının ixracına və Rusiyadan polad məhsullarının idxalına qadağa qoyulur.
Martın sonunda Böyük Britaniya “Qazprom-Media” holdinqinin direktoru Aleksandr Jarov, RT-nin baş direktoru Aleksey Nikolov, “Sputnik” agentliyinin rəhbəri Anton Anisimov və “Rossiya” kanalının baş direktorunun müavini, teleaparıcı Sergey Brilevə qarşı sanksiyalar tətbiq edib. Sonuncunun Britaniya vətəndaşlığı var. Sanksiya siyahısına Rusiya ordusunun general-polkovniki Mixail Mizintsev də daxil edilib. Bundan əvvəl 59 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq edilib, siyahıya ˝Sberbank˝-ın rəhbəri German Qref və ˝Tinkoff Bank˝-ın təsisçisi Oleq Tinkov da daxildir.
Qərb ölkələri Ukraynanın Buça şəhərinin sakinlərinin qətliamları ilə bağlı məlum olandan sonra sanksiyaları sərtləşdirir. Saysız sübutlar rus ordusunun qətllərə görə məsuliyyət daşıdığını göstərir, lakin Rusiya bunu inkar edir.
Bundan əvvəl ABŞ yeni sanksiyalar paketini açıqlamışdı.