11 Aprel 2022
Mətni dəyiş
Artan itkilərə cavab olaraq, Rusiya silahlı qüvvələri 2012-ci ildən hərbi xidmətdən təqaüdə çıxmış şəxsi heyətlə qoşunların sayını artırmağa çalışır. Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Qurum bildirir ki, Rusiyanın hərbi qüvvələrini gücləndirmək səylərinə tanınmamış Dnestryanı bölgədə əsgər toplama səyləri də daxildir. Rusiya bu bəyanatları şərh etməyib.
Aprelin 2-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Moskva Dnestryanıda yerləşən Rusiya qoşunlarının Ukrayna sərhədində təxribatlara cəlb edilməsi istiqamətində işi gücləndirib. Qurum həmçinin Rusiya qoşunlarının və bölmələrinin bölgəyə yerləşdirildiyini elan edərək, bunun Ukraynaya hücuma hazır olduqlarını nümayiş etdirmək üçün edildiyini irəli sürür.
Dnestryanı hakimiyyət qüvvələrinin köçürülməsi ilə bağlı məlumatı təkzib edib. Moldovada onlar Dnestryanıda Rusiya hərbçilərinin sayında artım qeydə almadıqlarını qeyd ediblər.