23 Aprel 2022
Mətni dəyiş
BMT-nin baş katibi Antonio Quterreş Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Quterreşin Ukraynaya səfəri aprelin 28-nə planlaşdırılıb. Bundan əlavə, BMT rəhbəri Ukraynaya humanitar yardımın genişləndirilməsi məsələsini müzakirə etmək üçün ölkənin xarici işlər naziri Dmitri Kuleba, eləcə də təşkilatın müxtəlif qurumlarının əməkdaşları ilə görüşməyi planlaşdırır.
Aprelin 26-da Antonio Quterreş Moskvaya səfər edəcək, orada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək, daha sonra prezident Vladimir Putin tərəfindən qəbul ediləcək.
Aprelin 19-da BMT-nin baş katibi Putinlə Moskvada və Zelenski ilə Kiyevdə görüşməyi xahiş edib. BMT-nin məlumatına görə, Quterreş iki prezidentlə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə də çoxtərəfli münasibətlərin gələcəyini müzakirə etmək istəyir.