Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Blinken aprelin 6-da Brüsseldə keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.
Danışıq zamanı Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, regionda kommunikasiyaların açılması imkanları, həmçinin Ermənistan və Türkiyə arasında dialoq və gündəmdə olan sülh sazişi müzakirə olunub.
Bu gün (6 aprel) Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişelin birgə görüşü keçiriləcək.
Son günlər Ermənistan-Azərbaycan arasında kiçik hərbi gərginliklər yaşansa da, Ernənistan tərəfi Azərbaycanın təklif etdiyi sülh müqaviləsini qəbul etdiyini bildirilib.
Görüşdən əvvəl Ermənistanda müxalifət bloku hesab olunan partiyalar aksiya keçirərək görüşdə hansısa sənədlərin imzalanmasına etiraz ediblər. Mitinqçilər Ermənistan hökumətini təslimçilikdə ittiham ediblər.