Bir müddət əvvəl Almaniyadan deportasiya edilən Samir Aşurovun saxlanıldığı bildirilir

Bir müddət əvvəl Almaniyadan deportasiya edilən Samir Aşurovun saxlanıldığı bildirilir
20 Aprel 2022
Mətni dəyiş

Bir müddət əvvəl Almaniyadan deportasiya edilən ictimai fəal Samir Aşurovun saxlanıldığı bildirilir. 

Bu barədə məlumatı Aşurovun yaxınları ona aid sosial şəbəkə hesabından yazıblar. Qeyd olunub ki, Samir Aşurov Günəşliyə ata evinə gedib. Saat 10-a işləmiş ailə üzvləri ilə danışıb və evə gəldiyini bildirib. Ancaq bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonuna zəng çatmayıb. İctimaiyyət nümayəndələri isə bildirirlər ki, Samir Aşurov Nizami Rayon Polis İdarəsində saxlanılır və kimisə bıçaqlamaqda ittiham olunur. Ictimai fəal Samir Aşurov martın 29-də Almaniyadan Azərbaycana deportasiya edilib. O, Bakıya gəldikdən sonra, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib. Aşurov mətbuata açıqlamasında həbs oluna biləcəyini bildirmişdi. Son aylarda Almaniyadan Azərbaycana deportasiya edilən azərbaycanlıların müxtəlif ittihamlarla həbs edilmələri tendensiya halını alıb. Hələlik məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun