8 Aprel 2022
Mətni dəyiş
Belarus hakimiyyəti qırx ölkənin daxil olduğu “dost olmayan ölkələr” siyahısını dərc edib. Nazirlər Şurasının 209 nömrəli müvafiq qərarı Milli Hüquq İnternet Portalında dərc olunub.
Sənəddə deyilir ki, siyahı “Belarus Respublikasının milli maraqlarının müdafiəsini təmin etmək məqsədilə” tərtib edilib.
Belarusun hüquqi və (və ya) fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən dövlətlərin siyahısına aşağıdakılar daxildir:
Avstraliya Birliyi
Avropa Birliyinə üzv dövlətlər
Kanada
Lixtenşteyn Knyazlığı
Norveç Krallığı
Yeni Zelandiya
Albaniya Respublikası
İslandiya Respublikası
Şimali Makedoniya Respublikası
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı
ABŞ
Monteneqro
İsveçrə Konfederasiyası
Bir gün əvvəl Aleksandr Lukaşenko “dost olmayan əcnəbi sakinlərə” ödənişləri dayandıran fərman imzalayıb. Qeyd olunur ki, sənəd “Belarus hüquqi və ya fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin rezidentlərinin müraciəti əsasında milli təsərrüfat subyektlərini öz hesablarından vəsaitlərin çıxarılmasından qorumaq” məqsədi daşıyır.
Bundan əlavə, Belarus hakimiyyəti müəyyən xarici kreditorlar qarşısında öhdəlikləri Belarus rublu ilə yerinə yetirmək qərarına gəlib.