21 Aprel 2022
Mətni dəyiş
BBC diplomatik korrespondenti Pol Adams Rusiya Federasiyası prezidenti Vladimir Putinin ˝Azovstal˝a hücumu ləğv etməsinin səbəblərini izah edib. O, bu qərarın üç mümkün səbəbini göstərib.
BBC yazır ki, Mariupol uğrunda döyüşlər həyati əhəmiyyətli resursları azaldır və daha geniş məqsədlərə çatmaq üçün istifadə oluna biləcək Rusiya qoşunlarını sıxışdırır. Amma əgər Putin “Azovstal” zavodunu blokadaya almağı qarşısına məqsəd qoyarsa, o, qüvvələrinin əhəmiyyətli hissəsini orada qoymalı olacaq.
İşğalçı ölkə başçısının qərarında iqtisadi motiv də var. Pol Adamsın sözlərinə görə, “Azovstal” Avropanın ən böyük metallurgiya zavodlarından biridir. Həftələrlə davam edən dəhşətli dağıntılardan sonra belə, Moskva dəyərli bir şeyi xilas etməyə ümid edə bilər.
˝Ukrayna prezidenti Volodimir Zelenskinin şəhərin son müdafiəçilərinin öldürüləcəyi təqdirdə sülh danışıqlarını ləğv edəcəyini deməsini nəzərə aldıqda, Putinin diplomatik prosesi qorumaq istəyi də var - və ya heç olmasa belə bir görüntü yaratmaq.
Xatırladaq ki, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya “məqsədəuyğun olmadığı üçün” “Azovstal”a hücumu ləğv etməyi əmr edib.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç ˝Azovstal˝a hücumdan imtinanı Rusiya Federasiyasının oradakı rus ordusu arasında itkilər istəməməsi ilə izah edib, əks halda polad zavodunun xarabalıqları üzərində ağır döyüşlər aparmalı olacaqdı.