19 Aprel 2022
Mətni dəyiş
Rusiya qoşunlarının Buça şəhərini işğalı zamanı həlak olmuş İlya Navalnı rusiyalı siyasətçi Aleksey Navalnının uzaq qohumu imiş, “BBC News” onların ümumi qohumu, Novoye Zaselye kəndinin starşinası Pavel Navalnıya istinadən xəbər verir.
“Bəli, İlya Alekseyin uzaq qohumu olub, ulu babaları eynidir”, – jurnalistlərin dediyinə görə, siyasətçi ilə həmçinin qohumluq əlaqəsi olan şəxs söyləyib.
Aleksey Navalnının Kiyev vilayətində yaşayan daha yaxın qohumları zərər çəkməyib, Pavel Navalnı xəbər verib.
Daha əvvəl alman “Bild” dərci rusiyalı siyasətçinin 61 yaşlı qohumunun qətli barədə xəbər yayıb. Ekspertlər Navalnının başında və sinəsində güllə yaraları aşkar edib. Meyiti Buça kilsəsinin yaxınlığındakı qardaşlıq məzarlığında ekskumasiya ediblər. Yerli sakinlər onun soyadına görə güllələndiyini güman edirlər.
“Biz evə girdik və pilləkənlə aşağı düşən İlya ilə rastlaşdıq. Mən ona dedim: bayıra çıxma, orada atışma olacaq. Amma o, yenə də siqaret çəkmək üçün bayıra çıxmaq istədi. Sonra mən dalbadal atəş səsləri eşitdim”, – Buça sakini Mariya İlya Navalnının martın 12-si qətlə yetirilməsi barədə danışıb. Qonşular onu başından vurulmuş halda tapıblar, pasportu bir kənara tullanıb.
Aleksey Navalnı və tərəfdarları onun İlya Navalnı ilə qohumluğu barədə hələ ki heç bir şərh verməyib.
Siyasətçi hazırda Vladimirsk vilayətinin Pokrov şəhərindəki 2 saylı ilslahetmə kolonundadır, onu bura “İv Roşe” işi üzrə icbari cəzası real cəza ilə əvəzləndikdən sonra göndəriblər.