1 Aprel 2022
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden may ayından başlayaraq altı ay ərzində ölkənin strateji neft ehtiyatından bazara gündə bir milyon barrel neft göndərəcəyini bildirib.
Ağ Evdə çıxış edən Bayden neft qiymətlərinin nə qədər düşəcəyini bilmədiyini bildirib. Onun sözlərinə görə, bu, daha çox ABŞ müttəfiqlərinin nə qədər strateji ehtiyatlar ayırmasından asılı olacaq. Bayden onların 30-50 milyon barel ayıra biləcəklərini söyləyib.
Bundan əvvəl Bayden administrasiyası bildirib ki, ABŞ prezidenti dünya üzrə müttəfiqləri və tərəfdaşları ilə böyük neft ehtiyatlarının bazara çıxarılmasını müzakirə edəcək.
ABŞ-da Strateji Neft Ehtiyatı 1975-ci ildə yaradılıb və bu qədər böyük neft partiyası hələ də oradan çıxarılmayıb. Bu, son altı ayda üçüncü dəfədir ki, ABŞ hakimiyyəti yanacaq qiymətlərinin artımını ləngitmək üçün ehtiyatlardan istifadə edir. Baydenin elan etdiyi 180 milyon barel neft təxminən iki günlük qlobal tələbata bərabərdir.
Baydenin bəyanatından sonra dünya bazarında neftin qiyməti 4-5% ucuzlaşıb. Texas WTI nefti 100 dollar civarında, Brent 105 dollardan bir qədər çox satılır.