Bakıda “Georgiyev lenti” paylanacaq

Bakıda “Georgiyev lenti” paylanacaq
28 Aprel 2022
Mətni dəyiş

Aprelin 30-da Bakıda 'Georgiyev lenti' beynəlxalq aksiyası keçiriləcək. Aksiyanın Bakıdakı Rus Evinin dəstəyi ilə Azərbaycan Rus Gəncləri Assosiasiyası tərəfindən həyata keçiriləcəyi bildirilir.

Bu barədə Assosiasiyanın 'Twitter' hesabında açıqlama yayılıb. Məlumata görə ki, şənbə günü saat 13:00-dan 14:30-a kimi Rus Evinin yeni binasının qarşısında hər kəs tamamilə pulsuz lent ala bilər.

https://twitter.com/riccbaku/status/1519304874009186305

'Georgiyev lenti' 2014-cü ildə Rusiya ilk dəfə Ukraynaya hücum edəndə də Bakı küçələrində paylanılmışdı.

O zaman aksiya iştirakçıları sözügedən lenti 'Böyük Vətən Müharibəsinin' ildönümündə paylayırdılar və bu lentin heç də separatizmin rəmzi olmadığını israrla qeyd edirdilər.

'Georgiyev lenti' Rusiyanın şovinist, 'velikorus' və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur.

Lent Moldova, Latviya, Litva və Ukraynada faşist simvolu kimi qadağan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun