Bakıda gecə klubunda partlayışla bağlı cinayət işi üzrə 3 nəfər həbs edilib

Bakıda gecə klubunda partlayışla bağlı cinayət işi üzrə 3 nəfər həbs edilib
5 Aprel 2022
Mətni dəyiş

Aprelin 3-də “Location” gecə klubunda baş verən partlayışla əlaqədar 3 nəfər saxlanılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

Məlumatda bildirilir ki, iş üzrə təhlükəsizlik qaydalarını pozma və səhlənkarlıq ittihamları ilə cinayət işi açılıb. Gecə klubunun administratoru Rəsul Rəsulov, meneceri Orxan Səfərov və ərazi üzrə yanğın təhlükəsizliyindən məhsul olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ruslan Məmmədov cinayət məsuliyyətinə cəlb ediliblər. Hər üç şəxs barəsində Binəqədi rayon Məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. Aprelin 3-də gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun