Aprelin 28-də “Azersun Sənaye Parkı”nda baş verən yanğında xəsarət almış 9 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Bu barədə TƏBİB açıqlama yayıb. Məlumata görə, 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb, hazırda 2 nəfər xəstəxanadadır.
Bildirilir ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır. Həyatları üçün heç bir təhlükə yoxdur.
“Yanğın hadisəsinin ilk baş vermə anından etibarən, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub”, – məlumatda qeyd olunub.