Azərbaycanda ötən il insan alveri qurbanlarının sayı açıqlanıb: 92,8 faizi qadındır

Azərbaycanda ötən il insan alveri qurbanlarının sayı açıqlanıb: 92,8 faizi qadındır
28 Aprel 2022
Mətni dəyiş
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin aprelin 29-da keçiriləcək birgə iclasında müzakirəyə çıxarılacaq Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında ötən il insan alverinin qurbanı olan şəxslər barədə statistika yer alıb. Bildirilib ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı olub. Sənəddə qeyd edilib ki, insan alveri qurbanlarından 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2020-ci ildə 94 nəfər insan alveri qurbanı müəyyən edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun