Azərbaycanda Kino Agentliyi yaradılır

Azərbaycanda Kino Agentliyi yaradılır
21 Aprel 2022
Mətni dəyiş

Aprelin 20-də dövlət başçısı "Kino Agentliyi" publik hüquqi şəxsin yaradılması haqqında sərəncam imzalayıb.

Yeni qurum Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi” yaradılır.

Agentlik ölkədə kino istehsalının dəstəklənməsini, kinonun təbliğini, informasiya texnologiyalarının tətbiqini, milli kinematoqrafın beynəlxalq arenaya inteqrasiyasını nəzərdə tutur.

Agentliyə  sədr və onun iki müavini daxil olmaqla, Müşahidə Şurası rəhbərlik edəcək. Agentliyin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi ölkə prezidentinə həvalə olunur,  o, təşkilatın nizamnaməsini və onun fondunun həcmini təsdiq edir, idarəetmə orqanlarını yaradır.

Agentlik əsasən dövlət büdcəsindən maliyyələşəcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində agentliyin nizamnaməsinin layihəsini  hazırlayıb dövlət başçısına təqdim etsinvə maddi-texniki təminat məsələlərini həll etsin.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun