Azərbaycan Demokratiya və Rifah Partiyası aprelin 12-də saat 15:00-dan 16:00-dək Rusiyanın Bakıdakı səfirliyinin binası qarşısında piket keçirəcəyini açıqlayıb. keçirəcək.
Aksiya "Ukraynada müharibəni dayandırın!", "Müharibə cinayətlərinə son qoyun!", "Buçada və Ukraynanın digər ərazilərində dinc əhalinin kütləvi qətlini törədən rus ordusu sülhməramlı ola bilməz!", "Rus ordusu Qarabağdan çıxsın!" şüarları ilə keçiriləcək.
Piket keçiriləcəyilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq bildiriş göndərilib.
Azərbaycan Demokratiya və Rifah Partiyası 2015-ci ildə hərəkat kimi yaradılıb. Ötən il təşkilat partiyaya transformasiya olunub. Ona iqtisadçı alim Qubad İbadoğlu rəhbərlik edir.