AXCP və Müsavat fəalları Ukrayna səfirliyi qarşısında dəstək nümayiş etdiriblər

AXCP və Müsavat fəalları Ukrayna səfirliyi qarşısında dəstək nümayiş etdiriblər
18 Aprel 2022
Mətni dəyiş

Aprelin 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai Rayon Şöbəsinin və Müsavat partiyasının fəalları Ukraynaya dəstək nümayiş etdirmək üçün Ukraynanın Bakıdakı səfirliyinə ziyarət ediblər. 

Partiya üzvlərinin ziyarəti ayrı-ayrı vaxta təsadüf edib. Müsavat fəallarının ziyarəti dəstək aksiyası xarakteri daşısa da, AXCP fəalları müharibə qurbanlarının xatirəsini anıb.

"Bu gün AXCP Xətai Şöbəsi olaraq "Buça Qətliamı" qurbanlarının xatirəsini Ukraynanın ölkəmizdəki səfirliyi qarşısında andıq və xalqımız adından Ukrayna xalqının, Ukrayna dövlətinin haqlı mübarizəsinin yanında olduğumuzu bəyan etdik!", - deyə AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli bildirib.

Müsavat Partiyasının məlumatına görə, partiyanın yalnız bir qrup fəalı səfirlik önündə dəstək aksiyası edib.

Aksiya iştirakçıları Rusiya işğalçıları ilə mübarizədə Ukrayna ordusuna uğur arzulayıb, bunun bütün azadlıqsevər xalqların qələbəsi olacağını ifadə edib. Aksiya iştirakçıları uca səslə “Rus işğalına son!”, “Yaşasın Ukrayna xalqı!”, “Yaşasın Ukrayna xalqının demokratik yolla seçilmiş prezidenti Zelenski!”, “Qələbə yaxındadır Ukrayna!”, “Azərbaycan sizinlədir Ukrayna xalqı!”,  “Putin qatildir!” şüarları deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun