14 Aprel 2022
Mətni dəyiş
Avstraliya hakimiyyəti dövlətin iştirakı ilə 14 iri Rusiya şirkətini əlavə etməklə sanksiyalar siyahısını genişləndirib. Avstraliya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya iqtisadiyyatında əsas rol oynayan strateji əhəmiyyətli şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Siyahıya "Qazprom", "Qazprom Neft", "Transneft", Rusiya Dəmir Yolları, Birləşmiş Gəmiqayırma Korporasiyası, "Sevmaş", "Sovkomflot", Novorossiysk Dəniz Ticarət Limanı, "RusHydro", "Alrosa", "Rostelekom", KamAZ, "Roselectronics" və "Sogaz" daxildir.
Avstraliya, Avropa İttifaqı, ABŞ, Kanada və onlara qoşulan ölkələr Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq sanksiyalar tətbiq ediblər. Bir neçə dəfə məhdudlaşdırıcı tədbirlər sərtləşdirilib. Beləliklə, aprelin 8-də Avropa İttifaqı beşinci sanksiyalar paketini qəbul edib və altıncı üzərində işləyir.
˝Bloomberg˝ nəşrinin aprelin 11-də verdiyi məlumata görə, Rusiya Dəmir Yolları defolt kimi tanınan ilk Rusiya şirkəti olub. Sanksiyalar səbəbindən Rusiya Dəmir Yolları avrobond emissiyalarından biri üzrə ödənişi vaxtında həyata keçirə bilməyib.