Müharibənin nisbətən passiv fazaya keçməsilə birlikdə Avropa liderlərinin də Ukraynaya səfəri davam edir. Bu dəfə daha 4 ölkənin liderinin Kiyevə səfəri başlayıb.
Bu barədə Litva prezidenti Qitanas Nauseda məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Litva Prezidenti Qitanas Nauseda, Latviya Prezidenti Eqils Levits, Polşa Prezidenti Andjey Duda və Estoniya Prezidenti Ukraynaya yola düşüblər.
Aprelin 9-da Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyevə səfər edib.
Böyük Britaniya müharibə əleyhinə koalisiyada lider dövlətlərdəndir. Məlumata görə, Ukraynaya “Mastiff” və “Chakal” tipli zirehli texnika göndərməyə hazırlaşır.
Ümumilikdə indiyədək ABŞ və müttəfiqləri artıq Ukraynaya 60 min tank əleyhinə sistem və 25 min Daşınan Zenit Raket Kompleksi göndərib.